Ekoloji vəziyyət hər kəsin maraqlı olduğu sahədir. Fiziki şəxslərlə yanaşı böyük şirkətlər də bu sahədə aktiv olmalıdırlar. Yer kürəsi bizim ümumi evimizdir və onun təmizliyi planetin hər sakini üçün əhəmiyyətlidir. Bizim ölkədə ekologiya haqqında yenicə narahat olmağa başlansa da, digər ölkələrdə artıq bu iş geniş vüsət alıb. İş o yerə gəlib çatıbdır ki, iri şirkətlər bu hərəkatın avanqardında olmağa çalışırlar.

Məsələn, Amazon internet-reteyleri Rivian staprtapına 100 min elektrik furqonu sifariş edib. Bu razılaşma Amazon şirkətinin  karbon dioksidinin tullantılarının sıfır səviyyəsinə çatdırılması üzrə strateji planının tərkib hissəsi olacaqdır. Eyni zamanda, bu razılaşma sayəsində şirkət Paris iqlim razılaşmasının tələblərini vaxtında 10 il əvvəl yerinə yetirməyə başlayacaqdır.

Amazon şirkətinin rəhbəri Ceff Bezos şirkətin ekoloji strategiyasını Climate Pledge (İqlim girovu) adlandırıb. Bu plana əsasən, 2024-cü ildə reteyler tərəfindən istifadə edilən enerjinin 80 faizi bərpa edilən mənbələrdən alınacaqdır. 2030-cu ildə şirkət CO₂ tullantılarının səviyyəsini sıfıra çatdıracaqdır.

Bu məqsədlə Amazon The Nature Conservancy ekologiya təşşkilatına 100 milyon dollar ianə köçürməyə də hazırlaşır. Bu vəsait meçə, su-bataqlıq və torf sahəslərinin bərpası və müdafiəsi ilə məşğul olacaq Right Now Climate Fund fondu yaradılacaqdır.

Rivian şirkəti 2021-ci ildən başlayaraq 2024-cü ilə qədər Amazon şirkətinə 100 min elektrik furqonunu çatdıracaqdır. Xatırladaq ki, Rivian şirkəti 2009-cu ildə yaradılıb və hazırda R1S krossoverini və R1T pikapını təklif edir.