Dəfələrlə Payks Pik yarışlarının qalibi olan Piz Millen seriya avtomobilləri sinifində yeni rekorda imza atıb. Bu dəfə Millen 635 at qüvvəli Bentley Continental GT modelinin sükanı arxasında 19,99 kilometrlik yoxuşu 10 dəqiqə 18 saniyəyə qət edərək, əvvəlki rekordu səkkiz saniyə yaxşılaşdırıb.

Rekordu qeydə alan Continental GT kupesi bu yarışlarda iştirak edən Bentley modellərinə xas olan ənənəvi yaşıl-limon Radium rənginə boyanıb, «Payks Pik» dağının və oradakı trasın sxematik təsviri olan qrafika ilə bəzədilib.

Bu yarışlarda iştirak edən avtomobil 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilib. Səkkiz diapazonlu avtomatik qutu ilə təchiz edilmiş kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 333 km/saatdır.