Rusiya Lideral-Demokratik partiyasının Dövlət Dumasındakı fraksiyası normadan kənar tündləşdirilmiş şüşələrə görə cəzanın İnzibatı xətalar məcəllərindən çıxarılmasını istəyir. Qanun layihəsinin müəllifləri şüşələrin tündləşdirilməsini “idarəetməni təhlükəsiz və rahat edən beynəlxalq praktika” kimi səciyyələndiriblər.

Sənədə əlavə edilmiş izahatda tündləşdirilmiş şüşələrin kondisionerdən istifadəni azaltmağa və müvafiq olaraq atılan zərəli tullantıların səviyyəsini aşağı salmağa kömək etdiyi bildirilir. Eyni zamanda, belə şüşələrin günəş şüalarından və qarşıdan gələn avtomobillərin fənərlərindən müdafiə olunmağa yardım etdiyi də qeyd olunub.

Mənbə: RİA Novosti