İnternet şəbəkəsində Jaguar I-Pace elektrokarının «sığır testi» keçdiyi zaman çəkilmiş videosu yayılıb. Test zamanı, kəskin şəkildə yerdəyişmə etdikdə təkərin qapanması problemi aşkar edilib.

Yüksək sürətdə avtomobilin kəskin şəkildə yerdəyişməsi sınaqları ən mürəkkəb və çətin sınaqlardan biri sayılır. Bir qayda olaraq, məhz «sığır testi» çoxlu sayda çatışmamazlıqları aşkar edir. Bu dəfə onları Jaguar I-Pace elektrik krossoverində aşkar ediblər.

Sınaqlar zamanı avtomobil 70-dən 80 km/saata qədər sürətlərdə konusları vurub. Cəhdlərin birində isə krossoverin ön təkəri qapanıb. Əgər çətin keçilən yerdəyişməni istiqamətin sabitləşdirilməsi sisteminin boynuna yıxmaq olarsa, təkərin qapanmasına bu sistemin heç bir dəxli olmamalıdır.

Bir müddət bundan öncə Toyota RAV4 modeli də «sığır teslərində» uğursuzluqla qarşılaşıb - 68 km/saat sürətində avtomobil sürüşərək iki təkərə qalxıb. Avtomobili təkrar sınaqlara göndəriblər və bu dəfə krossover sınaqlardan layiqli səviyyədə çıxıb - jurnalistlər RAV4 modelini 76 km/saata qədər sürətləndirməyə müvəffəq olublar.