Skoda şirkəti Hindistan bazarı üçün hazırladığı yeni yığcam krossoverin interyerinin eskizini dərc edib. Yeni model Vision In konsepti qismində gələn ilin fevral ayında Dehlidə keçiriləcək Auto Expo sərgisində debüt edəcəkdir.

Eskizdə mərkəzində multimedia sisteminin displeyi quraşdırılmış çoxsəviyyəli ön panel təsvir edilib. Yeni krossoverin interyer arxitekturası Scla hetçbekinin üslubunda hazırlanıbdır.  Qeyd etmək lazımdır ki, iki ön panel arasındakı fərq havalandırma sisteminin deflektorlarının tərtibatındadır – konseptdə kənarlarda xromdan xəttləri olan deflektrolar diqqəti çəksə də, qalanları dekorla gizlədilmişdir. Bundan baqşa, üçqollu sükan çarxı, transmissiyanın kiçik selektoru və “optik işıqlandırma effektini yaradan” qeyri-adi kristallik element diqqəti çəkir.

Eyni zamanda, eskizdə üç displeyi görmək də mümkündür. Onlardan biri virtual cihazlar paneli, digərləri isə multimedia sisteminin displeyi və selektorun önündə yerləşdirilmiş displeydir. Çox güman ki, sonuncu havalandırma sisteminin idarə edilməsinə cavabdeh olacaqdır. Hər halda fiziki düymələrin olmaması buna işarə edir.

Skoda markasının yeni krossoveri MQB A0 IN platformasında inşa ediləcəkdir. Bu platformada yerli bazarda satılan VW Polo və T-Cross modelləri istehsal edilir. Krossoverin yaradılması zamanı yerli alıcıların arzu və tələbləri nəzərə alınıb. Yeni modelin qabarit uzunluğunun 4,26 metr olacaqdır.