Skoda şirkəti Kodiaq GT kross-kupesinin ilk təsvirlərini yayıb. Kupeşəkilli krossover adi modeldən güclü mailliyi olan tavan xətti və baqaj qapağı ilə seçilir. Skoda Kodiaq GT krossoveri yalnız Çin bazarında təklif ediləcəkdir.

İyul ayında Autohome nəşri canlı avtomobilin şəkillrini dərc etmişdir. Bu şəkillərdə Skoda Kodiaq GT modelinin dəyişdirilmiş bamper və arxa fənərlərə sahib olacağı görünür. Baqaj qapağında  Skoda loqotipi əvəzinə markanın adı yazılmışdır. İlkin məlumata görə, kross-kupe adi Kodiaq modelindən 63 millimetr qısa və 27 millimetr alçaq olacaqdır. Kross-kupenin mühərrik çeşidinə 186 və 220 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik daxil ediləcəkdir. Güc aqreqatı yeddi pilləli iki muftalı «robot» ilə tandemdə çalışacaqdır.

Image alt Image alt Image alt