Dünən Bratislavada keçrilmiş bağlı tədbirdə Skoda şirkəti yenilənmiş Superb modeli ilə yanaşı çex markasının ilk elektrokarı olan Citigoe iV hetçbekini nümayiş etdirib.

iV subbrendinin ilk nümayəndələrindən biri olan hetçbekin qabarit uzunluğu 3,6 metrdir. Elektrokar 82 at qüvvəsi və 210 Nm fırlanma anı hasil edən elektromühərrik və 35,8 kilovat-saatlıq tutuma malik olan batareya ilə təchiz edilir. WLTP siklinə əsasən Citigoe iV elektrik enerjisi yükləmədən dolu batareya ilə 262 kilometrə qədər məsafə qət edə bilər. 100 km/saat həddinə yığcam elektrokar 12,5 saniyəyə sürətlənir və 130 km/saatlıq maksimal sürətə malikdir.

Image alt Image alt Image alt

Wallbox firma qurğusundan elektrokatın batareyasını dörd saata doldurmaq olar. 40 kilovatlıq terminaldan isə batareyanın 80 faizinin doldurulmasına bir saata yaxın tələb olunur. Elektrokarın istehsalına bu ilin ikinci yarısında başlanacaqdır. Onun diler şəbəkəsindəki satışlarına gələn ilin əvvəlində start veriləcəkdir.