Tata şirkəti özünün bayraqdar modeli olan Harrier krossoverini təqdim edib. Yeni model OMEGA Arc (Optimal Modular Efficient Global Advanced Architecture) modul platformasında inşa edilibdir. İlkin olaraq, Tata şirkəti bu platformanın Jaguar Land Rover ittifaqına məxsus olan D8 platformasının uyğunlaşdırılmış və “ucuzlaşdırılmış” versiyası olduğunu iddia edirdi.

Xatırladaq ki, Land Rover Discovery Sport modelinin orijinal platforması bütün təkərlərin müstəqil asqısının, mühərrikin köndələn yerləşməsinin, daimi öndən çəkişi və arxa oxun qoşulması üçün opsional muftanın mövcudluğunu nəzərdə tutur.

Lakin, Tata Harrier daha sadə quruluşa malikir. Öndə McPherson dayaqları qalsa da, arxa asqı yarımüstəqil olubdur. Çəkiş sistemi isə yalnız öndəndir və heç bir tam çəkişdən söhbət gedə bilməz. Elektrik sükan gücləndiricisi daha ucuz hidravlik sistem ilə əvəzlənibdir. Üstəlik arxa disk əyləcləri baraban tiplisi ilə əvəzlənib. Sadələşdirilmiş şassinin nizamlanması ilə Lotus Engineering şirkəti məşğul olub. Bununla belə, avtomobilin təkər bazası dəyişilməz qalıb – 2741 millimetr.

Harrier modelinin qabarit uzunluğu 4598 millimetr, eni - 1894 millimetr, hündürlüyü isə 1706 millimetrdir. Krossoverin 205 millimetrlik klirensə malik olduğu bildirilib. Tata Harrier modelinin çəkisi 1675 kiloqrama bərabərdir. Xatırladaq ki, Discovery Sport 1727 kiloqramlıq çəkiyə malik idi.

Ingenium mühərrikləri Harrier üçün baha olduğundan, hind şirkəti Fiat mühərrikindən istifadə etməyə üstünlük verib. Krossover 140 at qüvvəli 2,0-litrlik dörd silindrli Kroytec turbodizeli ilə hərəkətə gəlir. Bu Fiat Multijet II mühərrikinin Hindistanda buraxılan variantıdır. Güc aqreqatı 6-pilləli mexaniki qutu ilə tandemdə çalışır. Bundan başqa, Tata Hyundai şirkətinin altı pilləli “avtomatını” da əldə etmək niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt

Bayraqdar statusuna baxmayaraq, krossover çox sadə təchizata malikdir: iki təhlükəsizlik yastığı, ABS, kondisioner, elektopaket, arxa parktronik, dəmir disklər və pultsuz mərkəzi kilid. Daha bahalı versiyalar mediasistem, klimat-kontrol, arxa görüntü kamerası, mühərriki ilə salma düyməsi və yüngüllehimli disklər ilə təchiz edilir. Krossoverin top variantı altı hava yastığına və stabilizasiya sisteminə, “dəri” salona, cihazlar panelinin rəngli displeyinə, JBL səs sistemi, kenon fənərlər və digər avadanlıq ilə təklif edilir. Ən bahalı Harrier üç rejimə (Normal, Wet və Rough) malik olan Terrain Response “yolsuzluq” sisteminə malikdir. Bu rejimlər ESP sisteminin müxtəlif tənzimləmələrindən ibarətdir.  

Krossoverin istehsalına artıq start verilib. Onun ehtimal edilən satış qiyməti 22-30 min dollar arasında olacaqdır. Tata Harrier modelinin satışlarına gələn ilin əvvəlində başlanacaqdır.