Tesla markasının 21 noyabrda elektrik pikapını təqdim edəcəyi artıq məlumdur. Bu günlərdə amerikan istehsalçsı Cybertruck və CYBRTRK əmtəə nişanlarını qeydə alıb. Beləliklə, yeni elektrik pikapının adının “Kibertrak” olacağı barədə gəzən şayiələr öz təsdiqini tapmış olub.

Çox güman ki, pikapın kuzovunun üzərində firma üslubunda olan CYBRTRK loqotipi həkk olunacaqdır. Müvafiq olaraq, sənədlərdə pikapın adı Tesla Cybertrack kimi göstəriləcəkdir. Model haqqında ətraflı məlumat Los Anceles yaxınlığında yerləşən SpaceX raket zavodunun ərazisində keçiriləcək təqdimat mərasimi zamanı veriləcəkdir.

Pikapın tərkibinə iki elektromotor daxil olan güc qurğusuna və batareyanın tutumundan asılı olaraq 640-800 km arasında yürüş ehtiyatına malik olacaqdır. Pikapın qiyməti 50 min dollardan başlayacaqdır.