Tesla şirkəti ikimühərrikli Model 3 elektrokarı üçün yenilənməni işə salıb. Yenilənmə nəticəsində elektrokar yerindən 60 mil/saat (97 km/saat) həddinə 3,9 saniyəyə sürətlənir. Əvvəllər elektromobil bu işə 4.4 saniyə sərf edirdi. Yenilənmədən bəhrələnmək üçün elektrokarların sahiblərinin diler mərkəzlərinə baş çəkməsinə ehtiyac yoxdur – iki min dollar qarşılığınnda yenilənməni mobil telefon tətbiqi vasitəsilə yükləmək olar.

İkimühərrikli Tesla Model 3 elektrokarı dolu batareya ilə 498 km məsafə qət edir. Onun maksimal sürəti isə 225 km/saatdır. Tesla şirkəti Model 3 modelinin Performance versiyasını da təklif edir ki, bu model də 60 mil/saat həddinə 3,5 saniyəyə sürətlənir və 249 km/saatlıq sürət həddinə malikdir. Performance modifikasiyasının yürüş ehtiyatı 499 km təşkil edir.