Tesla modellərinin avtopilot sistemini çalaların yanından keçməyə öyrədəcəklər. Belə funksiyanın peyda olması barədə məlumatı amerikan şirkətinin başçısı İlon Masl səsləndirib.

İlon Mask bu məlumatı Twitter social şəbəkəsində avtopilot sisteminin işinə heyranlığını bildirmiş  Tesla sahibinin tvitinə cavab olaraq yazıb. Kameralar, radarlar və ultrasəsli vericilərdən ibarət olan kompleks bu yaxınlarda yenilənibdir. Belə ki, Navigate on Autopilot funksiyasının işi yaxşılaşdırıb. Avtopilot müstəqil şəkildə şosseyə birləşən yollara keçmək və yol qovşaqlarının öhdəsindən gəlmək qabiliyyətinə malikdir. Əvvəllər bu manevrlərin edilməsi üçün sürücünün təsdiqi tələb olunurdu ki, artıq buna ehtiyac qalmayıb. İndi Autopilot bunları sərbəst şəkildə həyata keçirir.