Toyota şirkəti keçən ilin yayında Corolla Cross modelini təqdim edərkən, onun dünyanın bir çox bazarlarında satışa çıxaracağını vəd etmişdi. Bu günə qədər yeni krossover yalnız Tailandda və Asiya bölgəsinin bəzi ölkələrində satılırdı, lakin indi bu siyahıda ilk əhəmiyyətli genişlənmə baş verib. Artıq Toyota Corolla Cross modeli Braziliyada istehsal olunmağa başlanıb və tezliklə Cənubi Amerika yollarında görünəcəkdir.

Qeyd etmək gərəkdir ki, Braziliyanın Sorokaba şəhərində 2012-ci ildən bəri fəaliyyət göstərən və bu günə qədər yalnız yığcam Etios və Yaris modellərini istehsal edən zavod bu məqsəd üçün modernləşdirilib. Zavodun yenilənməsinə 1 milyard rial (180 milyon dollar) xərclənib və indi TNGA arxitekturasına əsaslanan istənilən model burada istehsal edilə bilər.

Cənubi Amerika bazarı üçün nəzərdə tutulan Toyota Corolla Cross minimal adaptasiyadan keçib. Bu, əvvəlki kimi, Corolla modeli ilə ortaq kuzov panellərinə malik olmayan, 4.460mm uzunluğunda hündür universaldır. Sedanla müqayisədə krossoverin salonundakı oturma mövqeyi 120 millimetr yüksəkdir, baqaj bölməsinin həcmi isə 440 litrdir.

Ancaq arxa sıra genişliyi ilə fərqlənmir və Corolla Cross yolsuzluqda çətinlik yaşaya bilər: kross-versiya yalnız ön ötürməyə malikdir, arxada isə sadə yarı müstəqil asqı quraşdırılır (sedan çoxqollu asqıya malikdir).

Ancaq Braziliyada satılacaq krossover fərqli baza mühərrikini alıb: 1,8-litrlik atmosfer mühərrikinin əvəzinə, benzinlə 169 at qüvvəsi və Braziliyada yayılmış etanolla 177 at qüvvəsi hasil edən Dynamic Force ailəsindən olan 2,0-litrlik mühərrik ilə hərəkətə gələcəkdir. Transmissiya - mexaniki birinci pilləsi olan Direct Shift variatorudur.

Okeanın o tayında hibrid güc qurğusu ilə hərəkətə gələn Corolla Cross modeli də təklif olunacaqdır. Güc qurğusunun tərkibinə 72 at qüvvəli elektrik mühərriki (benzinlə 78, etanolla 101 at qüvvəsi hasil edən), 1,8-litrlik atmosfer mühərriki və elektromexaniki variator daxildir. Nikel-metal-hidrid dartma batareyası arxa divanın altında yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Braziliyada Toyota Corolla Cross modeli 25.000 dollardan başlayan qiymətlə satılacaqdır. Xatırladaq ki, Latın Amerikasında Corolla sedanı üçün 22.000 dollar ödəmək tələb olunur. Eyni zamanda, krosss-versiyanın standart təchizatına yeddi təhlükəsizlik yastığı və arxa görünüş kamerası daxildir. Sonradan kross-model digər ölkələrdə satılacaqdır. Qeyd etmək gərəkdir ki, yapon istehsalçısının ilkin planlarında Avropa bazarı nəzərdə tutulmayıb.

Mənim isə sizə bir sualım var - Bakı yollarında Toyota Corolla Cross modelini görmək istərdinizmi?