Avropada Corolla modeli Corolla Trek adlanan kross-universal versiyasında təklif edilir. Belə variant artırılmış klirensə və qara plastikdən kuzov dəstinə malikdir. İndi buna bənzər versiya, Corolla modelinin bir qədər yığcam versiyasının satıldığı Yaponiyada da debüt edib. Ancaq yaponlar daxili bazarda "krossover" xüsusiyyətlərinə qənaət etməyi üstünlük veriblər.

Yeni Toyota Corolla Touring Active Ride baza universalından qara dekoru ilə fərqlənir: təkər diskləri, güzgü gövdələri, kandar örtmələri, dam reylinqləri və digər elementlər bu rəngə boyanır. Əlavə ödəniş ilə damı da qara rəngə bouatdırmaq olar. Kuzovun titul rəngi orijinal palitrada olmayan xaki (bundan başqa, ağ və qara rənglər təklif olunur) rəngidir. Salondakı yeganə fərq - narıncı tikişləri olan tünd tərtibatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Asqı yenidən tənzimlənsə də, klirensin artırılmasından söhbət gedə bilməz. Buna baxmayaraq, Active Ride versiyası 2,0-litrlik mühərriklə qürrələnə bilər. Dynamic Force ailəsindən olan mühərriki 170 at qüvvəsi və 202 Nm fırlanma anı hasil edir. Transmissiya birinci mexaniki pilləyə malik olan Direct Shift variatorudur, ötürmə isə yalnız ön oxadır.

Bu günə qədər belə mühərrikə malik olan yeganə yapon Corolla modeli, keçən il 500 nüsxəlik tirajla buraxılan Touring 2000 Limited universalı olub. Yeni Corolla Touring Active Ride modeli də eyni tirajla buraxılacaqdır. Universalın Yaponiyadakı satış qiyməti 24 min dollardır.