Toyota şirkəti Tundra pikapının dəbdəbəli versiyasını nümayiş etdirib. Capstone indeksini almış pikap genişləndirilmiş baza təchizatı, xüsusi dekoru, alternativsiz i-Force Max hibrid güc qurğusu və “uzun” dördqapılı kabini ilə seçilir. Nümayiş üçün hazırlanmış pikap xromla bəzədilib və 22-düymlük disklərə malikdir. Pikap ağ mirvari rənginə boyanıb, onun interyer tərtibatında isə amerkan qoz ağacından və ikirəngli dəlikli dəridən istifadə edilib.

Məlum olduğu kimi, ABŞ-da dəbdəbəli pikaplar çox populyardırlar və Toyota şirkəti GMC və Ram markalarına “əlcək atmaq” qərarına gəlib. Tundra Capstone modelini özünəməxsus naxışı olan radiator barmaqlığı, güzgü gövdələrindəki örtmələr, çoxqollu disklər, kuzov rənginə boyanmış təkər tağları və elektrik ötürməli ayaqaltılar sayəsində tanımaq olar.

Qara-ağ rəngli yarıanilin dəri ilə üzlənmiş oturacaqlar üçün əlavə ödəniş tələb olunmur, lakin hər iki cərgənin qızıdırılması və havalandırılması, habelə qızdırılan sükan çarxı kimi opsiyadırlar. Qapı kartları, mərkəzi tonnel və ön panel tünd amerikan qozu ilə tərtib ediliblər. Panoram dam və ətraf işıqlandırılması da var.

Yapon istehsalçısı elektronika sahəsində qənaət etməyib: 10-düymlük proyeksiya displeyi, 12,3-düymlük virtual cihazlar paneli, multimedia sisteminin 14-düymlük taçskrini, rəqəmsal salon güzgüsü, dairəvi görüntü kameraları və 12-dinamikli səs sistemi üçün əlavə ödəniş tələb olunmur. Yüksək komfortu qalınlaşdırılmış ön şüşələr təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapın kapotunun altında tərkibinə 3,5-litrlik V6 biturbo mühərriki və quraşdırılmış elektrik mühərriki olan 10-pilləli “avtomat” yerləşir. Hibrid qurğunun ümumi hasilatı 443 at qüvvəsi və 790 Nm təşkil edir. Azaldığı pilləsi olan tam ötürməs sistemi mütləqdir, azsaylı ödənişli opsiyalar arasında isə arxa pnevmatik asqı da var.

Toyota Tundra Capstone modelinin qiymətini açıqlamayıb, lakin pikapın hazırki top versiyanın qiyməti 57,7 min dollar təşkil edir. Amerikan jurnalistləri Capstone versiyasının qiymətinin 65-70 min dollar arasında olacağını güman edirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.