Yaponiyanın Mitsuoka Motor şirkəti tarixində ilk krossover olan Buddy (İngilis dilindən tərcümədə dost, rəfiq) modelini təqdim edib. Yaponlar, krossoveri yeni Toyota RAV4 modelini əsasında inşa edərək, ona 1990-cı illərin Chevrolet Blazer üslubunda görkəm veriblər.

Mitsuoka şirkəti keçən əsrin 50-ci illərinin britaniya modellərinin üslubunda görünüşə malik olan avtomobillərin buraxılması sahəsində ixtisaslaşıb. Bu günə qədər yapon markasının model xəttində bir neçə sedan, hetçbek, həmçinin miniatür üçtəkərli elektromobil var. Ancaq bu dəfə şirkət öz üslubundan kənarlaşaraq, markanın tarixindəki ilk ofrouderi buraxmaq qərarına gəlib. Üstəlik, bu krossover şirkətin əvvəlki modellərinə bənzəmir.

Buddy adlanan yeni model, ön tərəfdən 1990-cı illərdə buraxılmış Chevrolet Blazer modelini, arxa hissədə isə Cadillac SRX modelini xatırladır. Şirkət, amerikan üslubunda bir krossoveri istehsal etməyi planlaşdırdığını gizlətmir. Buna görə də, yapon krossoveri xrom radiator barmaqlığı və amerikan modellərinin üslubunda bölünmüş ön fənərlər ilə təchiz edilir. Bundan əlavə, şaquli arxa fənərlər və xrom bamperlər iki avtomobil arasında daha böyük paraleli yaradır.

Eyni zamanda, Buddy modelinə yan tərəfdən baxdıqda, qarşımızada üzü dəyişdirilmiş yeni nəsil Toyota RAV4 krossoverinin olduğunu görürük. Bundan başqa, yeni krossoverin mühərrik çeşidi də buna işarə edir: krossover, 168 və 171 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri yanaşı, 2,5-litrlik mühərriklərin əsasında yaradılan 175 və 178 at qüvvəli hibrid güc qurğusundan ibarət olan mühərrik çeşidi ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mitsuoka Buddy modeli kuzovun 11 təkrəngi və altı ikirəngli boyama sxemi ilə təklif ediləcəkdir. Yeni model satışlarına 26 noyabr tarixində başlanmalıdır. Avtomobil haqqında əlavə məlumat satışların başlanmasına qədər açıqlanacaqdır.