Şanxayda keçirilən avtosalon çərçivəsində Toyota iki yeni elektrik krossoverini nümayiş etdirib. Təqdim olunan modellər bZ seriyasından olan prototiplərdir. Yapon brendi yeni məhsulların müxtəlif hədəf auditoriyasına yönəldiyini bildirib. Toyota bZ FlexSpace cütlüklər üçün nəzərdə tutulsa da, bZ Sport Crossover gənc alıcılara ünvanlanıb. Elektromobillərin 2024-cü ildə seriyaya göndərilməsi planlaşdırılır. Birinci mərhələdə yeni modellər yalnız Çin bazarında satışa çıxarılacaqlar.

Toyota bZ FlexSpace uşaqlı cütlüklər və praktik avtomobillərə üstünlük verən insanlar üçün nəzərdə tutulub. Prototip geniş funksional interyeri, artırılmış yürüş ehtiyatını və müasir təhlükəsizlik sistemləri kompleksini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota bZ Sport Crossover klassik krossover və “qaynar” hetçbekin simbiozudur. Şirkət nümayəndələrinin fikrincə, qeyri-adi dizaynı sayəsində elektromobil aktiv həyat tərzinə və dinamik idarəetməyə üstünlük verən gəncləri cəlb etməlidir. Modelin qeyri-adi xüsusiyyətlərindən biri də istismar zamanı “havadan” yenilənmədən istifadə edərək, onu “təkmilləşdirmək” imkanı olacaqdır.

Toyota gələcək yeni məhsullarının texniki xüsusiyyətlərini açıqlamayıb. Yeni elektromobillərin istehsalına gələn il Çinin BYD konserninin avtomobil zavodunda başlanılacaqdır. İlk mərhələdə bu modelləri yalnız Çin sakinləri ala biləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.