Toyota inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş yığcam Urban Cruiser büdcə krossoverini təqdim edib. Əslində, yeni krossover geniş opsiyalar dəstinə malik olan dizaynı dəyişdirilmiş Suzuki Vitara Brezza modelidir. Hindistanlı jurnalistlərin bildirdiyinə görə, Toyota Urban Cruiser krossoveri Hyundai Creta modelindən minimum 10% ucuz olacaqdır.

Toyota dizaynerlərinin qarşısında duran vəzỉfə Suzuki Vitara Brezza modelinin xarici görünüşünün yapon markasının korporativ üslubuna uyğunlaşdırılması, eyni zamanda, onun mümkün qədər donoru ilə unifikasiya edilməsi olub. Nəticədə, avtomobilin yalnız ön bamperi, radiator barmaqlığı və loqotipləri dəyişdirilib. Ancaq müəyyən istiqamətlərdən baxdıqda, Urban Cruiser modelini daha kiçik Fortuner ofrouderinə də bənzətmək olar.

Fərqli kuzov dəsti avtomobilin ölçülərinə təsir etməyib: Toyota Urban Cruiser modelinin uzunluğu dörd metri keçmir. Salonda baş vermiş dəyişikliklər yalnız tərtibat materialları və sükan çarxındakı emblem ilə məhdudlaşıb - yapon markalarının krossoverlərilərinin qalan hissəsi eynidır. Bununla belə, Toyota markası ilə buraxılan krossover daha zəngin təchizata malikdir: standart olaraq, avtomobil iki təhlükəsizlik yastığı, arxa parkinq sensoru, tam LED optika, 7-düymlük sensorlu displeyi olan multimedia sistemi və klimat-kontrol ilə təchiz edilir.

Urban Cruiser modelinin salonu qəhvəyi çalarlarda tərtib edilə bilər, Vitara Brezza üçün isə yalnız boz və qara rənglərin birləşməsi təklif olunur. Bundan əlavə, Toyota öz krossoverinə 3 il və ya 100 min kilometr zəmanət verir. Suzuki Vitara Brezza modelinə verilən zəmanət isə 2 il və ya 40 min kilometrdir.

Texniki cəhətdən iki avtomobil arasında heç bir fərq yoxdur: həm Urban Cruiser, həm də Vitara Brezza 105 at qüvvəsi və 138 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin atmosfer mühərrikilə təklif olunurlar. Güc aqreqatı 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər. Avtomatik qutuya malik olan krossoverin mühərriki 48 voltluq startyor-generatora malikdir. Ötürmə - ön oxadır. Krossoverin klirensi 198 millimetrdir.

Toyota Urban Cruiser modeli Vitara Brezza ilə birlikdə Hindistandakı Maruti Suzuki zavodunda istehsal ediləcəkdir. Artıq 11 min rupi ödəməklə yeni krossoveri əvvəlcədən sifariş etmək olar. Tam qiymət siyahısı gələn həftə dərc ediləcək, ancaq genişləndirilmiş opsiya dəsti sayəsində Urban Cruiser modelinin Vitara Brezza modelindən bir az daha bahalı olacağı söylənilir. Xatırladaq ki, Suzuki Vitara Brezza Hindistanda qiyməti 734 min rupidən başlayan qiymətlər ilə satılır.

Image alt Image alt Image alt Image alt Image alt

Urban Cruiser modelinin başlanğıc qiymətinin Vitta Brezza krossoverinin “orta” təchizatlı modifikasiyasının qiyməti ilə üst-üstə düşəcəyi ehtimal olunur. Beləliklə, Toyota Urban Cruiser krossoverinin qiymətinin 850-900 min rupi olacağı gözlənilir. Bu isə, yeni Toyota krossoverinin Hindistanda 1 milyon rupiyə satılan Hyundai Creta modelindən minimum 10% ucuz olacağı anlamına gəlir. Hindistandan sonra büdcə krossoveri Afrika bazarında satış debütü edəcəkdir.