Amerikan Vengeance Racing tüninq atelyesi Chevrolet Corvette Z06 modelinin təkmilləşdirilmiş variantını təqdim edib. Tüninqdən keçən kupe C7.R yarış avtomobilinin üslubunda zahiri görkəmə malik olub. Kupe yeni aerodinamik kuzov dəstinə, gücləndirilmiş səkkiz silindrli mühərrikə və müxtəlif ölçülü ön və arxa təkərlərə sahib olub.

Tünerlər 6,2-litrlik kompressorlu V8 mühərrikinin gücünü 659 at qüvvəsindən 862 at qüvvəsinə qədər, fırlanma anını isə 881 Nm-dən 1194 Nm-ə qədər artırıblar. Bu nəticəni əldə etmək üçün yeni giriş sistemi, gücləndirilmiş dirsəkli val, yarış paylayıcı valı və şkivlər quraşdırılmışdır. Güc aqreqatı səkkiz pilləli avtomatik qutu ilə birlikdə çalışır. Tüner təkmilləşdirilmiş kupenin dinamik xarakteristikalarını açıqlamayıb. Adi Chevrolet Corvette Z06 kupesi 60 mil/saat (96 km/saat) həddinə 2,96 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tüninq keçmiş kupe zahiri cəhətdən iri arxa antiqanadı, vinqletləri olan karbon splitteri, aerodinamik kandarları və ikitərkibli ADV.1 təkər diskləri ilə seçilir. Öndə 19, arxada isə 20-düymlük ölçülərə malik olan disklər Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilibdirlər.