Volkswagen Commercial Vehicles bölməsi yeni Amarok pikapını təqdim edib. Pikap ilin sonuna qədər satışa çıxmalıdır. Onun əsas bazarları Avstraliya, Yeni Zelandiya, Afrika, Yaxın Şərq və Avropa olacaqdır. Yük maşını dörd dizel və bir benzin mühərriki, həmçinin yeni on pilləli “avtomat” ilə təklif ediləcəkdir. İkinci nəsil Amarok modelinin təchizatına LED matrisa fənərləri, 30-dan çox elektron yardımçılar, 21 düymədək diametri olan təkər diskləri və ofroud aksesuarları - şnorkel və altlığın müdafiə elementləri daxildir.

Yeni Amarok modeli Almaniya və Avstraliyadakı Volkswagen Texniki Mərkəzləri tərəfindən yaradılıb. Pikap ilin sonunadək, hazırda Ford Ranger və Mazda BT-50 modellərinin yığıldığı Cənubi Afrikanın Pretoriya şəhərinin ətrafında yerləşən Ford Silverton Assembly Olant zavodunun konveyer xəttinə çıxacaqdır.

İş ondadır ki, Amarok modelinin ikinci nəsli Ford Ranger pikapı ilə paralel olaraq hazırlanıb və onların bir sıra ümumi detallara malikdirlər. Məsələn: T6.2 platforması və kuzovun mərkəzi hissəsi,habelə ön şüşənin əsasından başlamış kabinin arxa divarına qədər. Amarok modelinin qalan hissələri özünəməxsusdur.

Yeni Amarok pikapının təkər bazası sələfi ilə müqayisədə 173 millimetr, uzunluğu isə 96 millimetr artıb. Qısaldılmış kuzov çıxışları sayəsində həndəsi keçid qabiliyyəti yaxşılaşıb. Bir pikap 800 millimetrə qədər dərinliyi (əvvəllər - 500 millimetrlik) olan çay keçidlərini qət edə və əvvəlki bir ton əvəzinə 1,16 tona qədər yük daşıya bilər.

İkicərgəli kabini olan pikapın kuzovunda bir standart avropalet, təksıralı kabini olan variantda isə, iki avropalet yerləşir. Yüklərin qayışlarla bərkidilməsi üçün, hər biri yarım tona qədər ağırlığa tab gətirən qarmaqlar nəzərdə tutulub. Damda yerləşdirilən statik yükün icazə verilən çəkisi 350 kiloqramdır.

Yeni Amarok modelinin mühərrik çeşidi dörd dizel və bir benzin aqreqatından ibarət olacaqdır. Məsələn, Afrika bazarında pikapın baza versiyası 150 at qüvvəli 2.0 TDI turbodizeli ilə təklif ediləcəkdir. Digər ölkələrdə bu mühərrik 170 at qüvvəsinə malik olacaqdır.

Bundan başqa, 204 və ya 209 at qüvvəli güc variantlarında təklif edilən 2,0-litrlik biturbodizel də olacaqdır . Dizel mühərriklərinin ən güclüsü  241/250 at qüvvəsi hasil edən 3.0 V6 TDI aqreqatı olacaqdır. Nəhayət, Amarok 302 at qüvvəli 2,3-litrlik EcoBoost benzin turbomühərriki ilə təchiz ediləcəkdir.

Mühərrikdən asılı olaraq, Amarok pikapını beş və altı pilləli mexaniki, həmçinin altı pilləli avtomatik transmissiyalar ilə təklif edəcəklər. Yenilik - on pilləli avtomatik transmissiyadır. Normalda o, 209 at qüvvəli dizel mühərriki olan pikaplarda quraşdırılacaq, 204 at qüvvəli versiyalar üçün isə, bu qutu opsiya  olacaqdır. Bütün pikaplar üçün 4Motion tam ötürmə sistemi (qoşulan və ya daimi) standartdır.Yeni  Amarok pikapı çəkisi 3,5 tona qədər olan qoşquları yedəyə ala biləcəkdir.

Amarok pikapının opsional avadanlıq siyahısında 21 düymədək diametri olan təkər diskləri, yolsuzluq şinləri dəsti (belə opsiya ilk dəfə təklif olunur), altlığın qorunması, gücləndirilmiş asqı elementləri və şnorkel var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonda diaqonalı 8-12 düym olan rəqəmsal cihazlar paneli, multimedia sisteminin 10-12 düymlük şaquli displeyi , Harman Kardon  səs sistemi və dəri ilə üzlənmiş oturacaqlar peyda olacaqlar.

Pikap avadanlıq siyahısına həmçinin altı profilli hərəkət rejimləri selektoru və otuzdan çox sürücüyə yardım sistemi daxil ediləcək, onlardan iyirmisi Amarok üçün yeni olacaqdır. Bunlara misal kimi, yol nişanlarının tanınması və sürətin avtomatik tənzimləməsi funksiyaları olan aktiv kruiz-kontrol sistemini və IQ.Light LED matrisa fənərlərini göstərmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.