Volkswagen şirkəti yeni Golf R modelinin ilk tizerinı dərc edib. Alman markasının tarixində ən güclü Golf modeli olacaq tam ötürməli hetçbekin təqdimatı 4 noyabr tarixində keçiriləcəkdir. Yeni Volkswagen Golf R modelinin dərc edilmiş tizerində diqqət avtomobilin özünə deyil, baqaj qapısının üzərindəki loqotiplərə yönəldilib - əlbəttə ki, bu elementlərin hamısı yenidir. Bu həm əsas emblemə, həm də Volkswagen modellərinin idman versiyalarının işarələndiyi xüsusi üslublu R hərfinə aiddir. Belə emblemi alan ilk modeli keçən ilin oktyabrında debüt edən Atlas Cross Sport R-Line krossoveri olub.

Golf R modeli haqqında məlum olan texniki detallar minimaldır. Yeni R hetçbeki 2,0-litrlik EA 888 turbomühərrikini və "arxa təkərlərdəki fırlanma anına nəzarət edən mütərəqqi tam ötürmə sistemini" əldə edəcəkdir. Transmissiyanın idarə edilməsinə nəzarəti, ön oxda quraşdırılan kilindlənməni imitasiya edən XDS sistemi və ya DCC adaptiv asqısı kimi elektron sistemlər ilə sıx əlaqədə olan Vehicle Dynamics Manager sistemi həyata keçirir.

Şaiyələr görə, beşinci nəsil Golf R modelinin 330 at qüvvəsinə malik olacağı deyilir. Müqayisə üçün, hazırkı hetçbek 310 qüvvəsinə malikdir və 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir. Bununla birlikdə, hetçbekin Arteon R modelindən tanış olan 320 at qüvvəsi və 420 Nm fırlanma anı hasil etdirən mühərriklə təchiz ediləcəyi də istisna olunmur.

Yeni Golf R modeli səkkizinci nəsil Golf ailəsinə rəhbərlik edəcəkdir. Hazırda bu ailəyə Golf GTI Clubsport, adi GTI, TGI, GTE, GTD modifikasiyaları, habelə Variant və Alltrack universalları daxildir.