Volkswagen şirkəti Afrika qitəsində keçirilən Global Touring Cars (GTC) yarış seriyası üçün hazırladığı səkkizinci nəsil Golft GTI hetçbekini nümayiş etdirib. Yeni yarış avtomobili əvvəllər alman markasını bu seriyada təmsil edən Jetta sedanını əvəzləyəcəkdir.

"Biz, son dörd ildə bu yarışlarda Jetta modeli ilə iştirak etmişik, - Volkswagen şirkətinin Cənubi Afrika bölməsinin rəhbəri Martina Biene bildirib. - Artıq Jetta modeli sağtərəfli hərəkət olan bazarlarda təklif edilmədiyi üçün, onu əvəzləyəcək avtomobili axtarmalı olduq və o zaman səkkizinci Golf GTI hetçbekindən istifadə etmək ideyası yarandı. Yeni Golf modeli 2021-ci ildən başlayaraq yerli dilerlər tərəfindən satılmağa başlayacaqdır. Yarışlar Golf GTI modelinin imkanlarını nümayiş etdirməyin ən yaxşı üsuludur".

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen şirkəti Golf GTI GTC modeli barədə ətraflı məlumat verməsə də, yarış avtomobilinin xrom-molibden borulardan hazırlanmış karkasın üzərində inşa olunduğu bildirilib. GTC çempionatının texniki reqlamentinə əsasən, bütün avtomobillər ümumi şassiyə və hərəkət hissəsinə, həmçinin asqı və şinlərə malik olmalıdırlar. Bu yolla sürücülərin ustalığının ön plana çıxması üçün şərait yaradılmış olur. Yarış avtomobili 242 at qüvvəli turbomühərrik təchiz edilib və ön ötürməyə malikdir.