Gələcək Volkswagen Polo Track büdcə avtomobilin ilk şəkli peyda olub. Bu model, ilk növbədə, Cənubi Amerika bazarına ünvanlanıb. Yeni model Avropa versiyasından təkcə dizayni ilə deyil, həm də sadələşdirilmiş təchizatıla də fərqlənir. Onun platforması isə, “avropalı” ilə eynidir – Polo Track da MQB modul arxitekturasına əsaslanır. Polo Track modelinin istehsalı Braziliyanın Taubate şəhərindəki zavodda təşkil olunacaqdır. Avtomobilin təqdimatı gələn ilin birinci rübünə planlaşdırılıb.

Beşqapılı Polo Track Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələri üçün nəzərdə tutulmuş yeni büdcə avtomobilləri ailəsinin tərkib hissəsi olacaqdır. Onu Avropa bazarında satılan Polo modelindən fərqli optikası və radiator barmaqlığı sayəsində ayırd etmək olar. Qeyd emək gərəkdir ki, Track versiyasnın radiator barmaqlığında Polo GTI modelini xatırladan naxış tətbiq olunub.

Güc aqreqatları haqqında hələ heç bir məlumat yoxdur, lakin güman etmək olar ki, Polo Track mütləq bioetanolla işləyən modifikasiyada da buraxıllacaqdır. Güman edirəm ki, ekoloji cəhətdən təmiz olan belə yanacağın yerli bazarda çox populyar olduğunu xatırlatmağa gərək yoxdur. Eyni zamanda, mühərrik çeşidinə üçsilindrli 1,0 MPI atmosfer mühərrikinin daxil ediləcəyi ehtimalı da var. Transmissiya isə, çox güman ki, alternativsiz beş pilləli mexaniki ötürmələr qutusu olacaqdır.

Bu günə qədər Cənubi Amerikada ən sərfəli Volkswagen avtomobili, demək olar ki, 10 il konveyer həyatı yaşayan və keçən əsrin 90-cı illərində yaradılmış PQ24 platformasına əsaslanan Gol hetçbeki olaraq qalır. Məhz o, Polo Track tərəfindən model xəttindən kənarlaşdırılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.