Volkswagen şirkəti T-Roc modelinin «qaynar» R variantını hazırlayır. Bunun təsdiqi olaraq, istehsalçı qaynar krossoverin Nürburqrinqin «Şimal ilgəyində» keçirilən sınaqları zamanı çəkilmiş videoçarxını nümayiş etdirib.

«Qaynar» krossover tamamilə kamuflyaj örtüyü ilə örtülsə də, avtomobilin dörd çıxış borusu olan buraxılış sisteminə, iri hava girişləri olan ön bamperə və 19-düymlük təkər disklərinə sahib olacağı aydındır. 

Ehtimallara görə, VW T-Roc R modeli 310 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatı  yeddi pilləli DSG «robotu» və tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır.

Image alt Image alt Image alt