Los-Anjeles avtosalonu öncəsi Volvo şirkəti maraqlı bir tizer yayıb. Adət etdiyimiz kimi, tizerdə avtomobil deyil, mobil cihaz təsvir olunubdur.

Volvo şirkəti son illərdə yeni modelləri təqdim edərək, təklif etdiyi model cərgəsini yeniləyib. İsveç istehsalçısının bu gün paylaşdığı tizer bir qədər qəribə görünsə də, çox güman ki, Volvo tərəfindən hazırlanmış yeni texnologiyalara işarə edir. Çünki, tizerdə “This is not a phone”, yəni, “Bu telefon deyil” sözləri yazılıbdır. Məlumdur ki, son zamanlar isveç markası avtonom idarəetmə sistemləri sahəsində ciddi irəliləyiş edib.

“Yaxşı telefon deyilsə, bəs nədir?”, -deyə soruşa bilərsiniz. Böyük ehtimalla, söhbət Volvo mütəxəssisləri ağıllı telefonlar vasitəsi ilə avtomobilin bir çox funksiyalarını idarə etməyə imkan verən texnologiyanı Los-Anjelesdə təqdim etməyə hazırlaşırlar.