Volvo P1800 modeli ilk dəfə keçən əsrin əllinci illərində işıq üzü görüb. O zaman, isveç şirkətinin mühəndisləri, dizaynı üzərində italyan Frua studiyasının dizaynelərinin çlışdığı ikiqapılı idman avtomobilinin prototipini təqdim etmişdilər. Bir neçə il sonra, avtomobilin seriya versiyası təqdim edilmişdi. P1800 kupesinin istehsalı 1961-1973-cü illər arasında davam edib və buraxılışın sonuna doğru şutinq breyk kuzovlu üçqapılı Volvo 1800ES universalı model xəttinə əlavə edilmişdi.

Avtomobilin istehsalının uzun müddət bundan öncə başa çatsa da, isveçlilər bu tarixi avtomobili yenidən həyata qaytarıblar. Polestar markası altında fəliyyətə başlayan və uzun müddət Volvo şirkətinin tərəfdaşı olan Cyan Racing firması, 1964-cü ilin klassik avtomobilinin əsasında inşa edilmiş Volvo P1800 Cyan kupesini təqdim edib.

İlk baxışdan Volvo P1800 Cyan modeli praktiki olaraq orijinal kupeni təkrarlasa da,lakin 2020-ci ilin yeni avtomobili klassik modeldən genişləndirilmiş təkər tağları, bir qədər dəyişdirilmiş şüşələndirməsi, bamperləri və əlbəttə ki, Pirelli P Zero şinləri taxılmış mərkəzi kilidli 18-düymlük döymə təkər diskləri ilə fərqlənir.

Bundan əlavə, kuzov yüksək möhkəmlikli polad və karbonplastikdən hazırlanış dayaqları ilə gücləndirilib. Bəzi elementlər isə, müasir texnologiyalardan istifadə edilərək hazırlanmış yeni detallar ilə əvəzlənib.

Köhnə kupenin texniki hissəsindən əsər-əlamət belə qalmayıb. Gözlənənlərin əksinə olaraq, Volvo P1800 Cyan elektrokar deyil, əksinə 420 at qüvəsi və 455 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindri turbomühərrik ilə təchiz edilib.

Bu aqreqat, Cyan Racing komandası tərəfindən hazırlanan Volvo S60 TC1 yarış avtomobilində quraşdırılır. Mühərrik Holinger firmasının 5-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Mühərrikin gücü, məhdud sürtünməli difierensiala malik olan arxa oxa, karbondan hazırlanmış kardan vasitəsi ilə ötürülür.

Avtomobilin asqı sistemi, müasir komponentlərdən istifadə edilərək, tamamilə yenidən qurulubdur: ön tərəfdə ikiqollu sxem qorunub saxlanılsa da, arxada bütöv körpünü Cyan Racing firmasının məhsulu olan ikiqollu asqı ilə əvəzləyiblər.

Orijinal Volvo P1800 modeli

Avtomobil dördporşenli mexanizmləri olan müasir əyləc diskləri (öndə - 362 millimetr, arxada - 330 millimetr) ilə təchiz edilib. Bundan başqa, kupe titandan hazırlanmış yarıçərçivəyə sahib olub.

Nəticədə, Volvo P1800 Cyan cmodelinin çəkisi 990 kiloqram təşkil edir. Bundan başqa, kupe stabilizasiya sistemi və hətta ABS kimi elektron köməkçilərdən məhrum edilib. Yaradıcılarının fikrincə,bu sistemlər avtomobili idarə etməkdən əldə olunan təəssüratı təhrif edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xoşbəxtlikdən şirkət bir prototipin inşası ilə kifayətlənməyib. Cyan Racing müasir içalata malik olan retrokupenin bütöv partiyasını buraxılmağa hazırlaşır. Lakin, kupenin tirajı gizli saxlanılır,  onun qiyməti isə yalnız sövdələşmə müzakirə olunan zaman açıqlana bilər.