Volkswagen şirkətinin debüt etməmiş ID.3 hetçbekinə öncədən sifarişləri qəbul etdiyi hər kəsə məlumdur. Alman istehsalçısı Frankfurt avtosalonunda təqdim etməyə hazırlaşdığı elektrokara 20.000 çox öncədən sifariş qəbul edib. Bu barədə məlumatı alman şirkətinin satışlar və marketinq bölməsinin rəhbəri Yurgen Ştakmann verib.

Bir ay bundan öncə VW yeni elektrokarın kamuflyajlı variantını nümayiş etdirərək, ID.3 modelinə öncədən sifarişlərin açıldığını bildirmişdi. Bu bəyanat verildikdən 24 saat sonra, alman istehsalıçısına elektrokarı almaq istəyənlərdən 10.000 sifariş daxil olub. Bu günə isə, sifarişlərin sayı 20.000 keçib. Ştakmann özünün Twitter sosial şəbəkəsindəki hesabında sifarişlərin 20 mini keçdiyini və növbəti hədəfin 30.000 sifariş olduğunu bildirib.