Volkswagen şirkəti T-Roc modelinin “qaynar” R versiyasını təqdim edib. “Qaynar” krossoverin kütləvi təqdimat mərasimi mart ayının əvvəlində Cenevrədə fəaliyyətə başlayacaq avtosalonda keçiriləcəkdir.

Gözlənildiyi kimi, T-Roc R modeli adi krossoverdən alüminiumdan haşiyəsi olan radiator barmaqlığı, aqressiv formaya malik olan bamperləri, arxa hissədəki hava yönləndiriciləri və səsboğucu sistemin cütlənmiş çıxış boruları ilə seçilir.”Qaynar” krossoverin kapotunun altında Golf R hetçbekindən tanış olan 2,0-litrlik turbomühərrik (EA888) yerləşir. WLTP normalarının tələblərinə cavab verməsi üçün, mühərrikin gücünü 310-dan 300 at qüvvəsinə qədər azaldıblar. Bununla belə, mühərrikin fırlanma anı 380-dən 400 Nm-ə qədər artıqılıb. VW T-Roc R modeli yalnız yeddi pilləli DSG “robotu” və 4Motion tam çəkiş sistemi ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

R variantının digər xüsusiyyətləri: proqressiv xarakteristikalı sükan mexanizmi, daha sərt asqı, 20 millimetr azaldılmış klirens, 17-düymlük əyləc mexanizmləri, 18-düymlük təkər diskləri, Launch control və tamamilə söndürülən stabilizasiya sistemidır. Krossoverin idarəetmə elektronikasının selektorunda xüsusi "yarış" rejimi də vardır. Əlavə ödənişlə krossoveri adaptiv asqı, titandan hazırlanmış Akrapoviç buraxılış sistemi və 19-düymlük təkər diskləri ilə təchiz etmək olar.

VW T-Roc R modeli 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Avtomobilin maksimal süəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Volkswagen T-Roc R modelinin avropa bazarındakı satışlarına payızda start veriəcəkdir.