Volkswagen şirkəti 1982-ci ildən başlayaraq hər il Avstriyanın Wörthersee gölünün sahilində xüsusi festival keçirir. Bu ilki festivalda alman istehsalçısı markanın Zvikkau və Volfsburqdakı texniki peşə məktəblərinin tələbələri tərəfindən hazırlanmış iki şou-karı nümayiş etdirib. Avtomobillər Golf GTI hetçbekinin və Gold Estate universalının bazasında inşa ediliblər.

VW Golf GTI Aurora konsepti alman markasının Volfsburqdakı məktəbinin tələbələri tərəfindən hazırlanıb. Hetçbek, avtomobilin sistemlərinin işi barədə məlumatları nümayiş etdirən displeyləri olan mütərəqqi elektron kompleks ilə təchiz edilib. Golf GTI Aurora modelinin sərnişini də avtomobilin parametrlərini izləməyə və 3500 vatlıq səs sistemini idarə etməyə imkan verən planşetə sahib olub.

VW Golf GTI Aurora

VW Golf GTI Aurora 380 at qüvvəsinə malik olan 2,0-litrlik turbomühərrik və yeddi pilləli DSG “robotu” ilə təchiz edilib. Hetçbekin kuzovu Nardo Gray və Deep Black Pearl Effect çalarlarına boyanıb, və xüsusi olaraq bu şou-kar üçün hazırlanmış Mint Green haşiyəsi ilə bəzədilib.  

VW Golf Estate R FighteR

VW Golf Estate R FighteR konsepti isə 400 at qüvvəli turbomühərrik, 7-pilləli DSG “robotu” və 4Motion tam ötürməli çəkiş sistemi ilə təchiz edilib. Universalın ön və arxa təkər tağları 3 santimetr genişləndirilib. Xüsusi universal Zaksenrinq trekinin təhlükəsizlik avtomobili olacaqdır. Bu səbəbdən o radiator barmaqlığındakı stroboskoplar və damdakı sayrışan işıqlarla təchiz edilib.

Bundan başqa, Golf Estate R FighteR 360 dərəcəlik kameraya sahib olub. Festival öncəsi bu kamera vasitəsi ilə pilotların Zaksenrinqdəki dövrə vurmaqları yazılıb ki, ziyarətçilər quraşdırılmış virtual eynəklər vasitəsi ilə həmin yürüşə baxa bilərlər. Universalın salonu qırmızı tikişləri olan dəri və alkantara ilə üzlənib. Avtomobil onun üçün hazırlanmış xüsusi səs sistemi ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt