Wiesmann markası Frankfurt avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı yeni modelin ilk tizerini dərc edib. Tizerdən göründüyü kimi, örtüyün altında markanın ənənəvi dizayn üslubunda formalara malik olan kupe gizlənib. Bu tam yeni avtomobil və yaxud 2013-cü ilin Wiesmann GT MF4-CS modelinin yenilənmiş variantı ola bilər.

İlkin məlumata görə, avtomobil sonuncu nəsil BMW M5 modelinin 600 at qüvvəsi hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz edilib. Wiesmann bavariya markası ilə 2017-ci ildə başlanmış müqaviləyə əsasən bu aqreqatdan istifadə edə bilər. 

Wiesmann GT MF4-CS

Adı naməlum olan modelin istehsalı Şimali Reyn-Vestfaliya regionunun Dülmen şəhərində təşkil ediləcəkdir.

Wiesmann GT MF4-CS modeli altı il bundan öncə Cenevrə avtosalonunda debüt edib. Kupe 402 at qüvvəsi hasil edən səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddini 4,4 saniyəyə toplayır və 293 km/saatlıq maksimal sürət həddinə malikdir.