SAIC-GM-Wuling birgə müəssisəsi artıq kiçik və ucuz, lakin dəbdə olan elektromobillər ilə böyük uğur qazanıb. Keçən il 2,9 metr uzunluğunda olan Wuling Mini EV modeli 554 min nüsxədə satılaraq rekorda imza atıb! İndi isə tərəfdaşlar bu uğuru daha böyük ölçülü B+ sinifdə təkrarlamaq niyyətindədirlər.

Yeni Wuling Bingo modeli nə qədər təəccüblü olsa da, cəlbedici alınıb – avtomobilin çöhrəsində iddialı aqressivlik əlaməti yoxdur və o az da olsa retro cizgilərə malikdir. Wuling Bingo ölçü baxımından Toyota Yaris və ya Suzuki Swift hetçbeklərinin sinif yoldaşı sayılır: onun uzunluğu 3950, eni – 1708, hündürlüyü isə 1580 millimetrdir.

Təkər bazası da müqayisə ediləndir: 2560 millimetr. Eyni zamanda, tərtibatçılar onu iri ölçülü təkər diskləri ilə təchiz etməyiblər: Bingo 15-düymlük disklərə malikdir. Hetçbekdə arxa görüntü kamerası olsa da, arxa şüşəsilən yoxdur.

İnteryer dizaynı da pis alınmayıb, lakin ön paneldəki iki ekran əksər müasir Çin avtomobillərindəki kimidir. Ancaq mikroiqlimi idarə etmək üçün quraşdırılmış düymələri olan üç fırlanan şayba nəzərdə tutulub. İkiqollu sükan çarxı və oturacaqların xarakterik üzlənməsi retro üslubunu dəstəkləyir.

Wuling Bingo ön tərəfdə McPherson dayaqları, arxada isə yarımüstəqil asqısı olan sadə şassiyə malikdir. Ön oxda cəmi 41 at qüvvəsi hasil edən elektrik mühərriki yerləşir. İki müxtəlif tutumu olan dartma batareyası pasport üzrə 203 və 333 kilometrlik yürüş məsafəsini təmin etməlidir. Hərəkət elektronikasının qənaətcil və standart rejimləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

SAIC-GM-Wuling müştərək müəssisəsi Bingo modelinin satışlarına cari ilin birinci rübünün sonuna qədər başlamağı planlaşdırır və elektromobilin təxmini qiyməti 10.000-15.000 dollar arasında olmalıdır. Yəni Ora brendi (Great Wall konserninə məxsusdur) ilə rəqabət nəzərdə tutulmur: bu brend altında buraxılan dəbli elektrik hetçbeklərinin qiyməti 19 min dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.