Avto.ru saytında bərpa edilmiş və mükəmməl vəziyyətdə olan 1964-cü ilin QAZ-21 "Volqa" sedanı satışa çıxarılıb. 21 min kilometrlik yürüşə malik olan açıq boz rəngli sedanı 6.900.000 rubla satmağı planlaşdırırlar. Bu qiymətə Rusiyada, məsələn, yeni BMW X6 krossoverini almaq olar.

Elanda 57 yaşlı "Volqa" sedanının "konveyerdən indi çıxmış kimi"  vəziyyətdə olduğu və bütün orijinal hissələrini qoruduğu bildirilir. Satıcının dediyinə görə, sedanın yalnız iki sahibi olub və ondan heç vaxt qışda istifadə olunmayıb. İndi nadir avtomobil Qus-Xrustalnıy şəhərində yeni sahibini gözləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışa çıxarılan sedan, 1962-1970-ci illərdə istehsal olunmuş QAZ-21 modelinin üçüncü seriyasına aiddir. Belə sedanlar sələfindən dəyişdirilmiş bamperləri və 37 sütunlu yeni radiator barmaqlığı ilə fərqlənir. Salonda yeni materiallar peyda olub: tavan süni dəri, oturacaqlar isə yeni yarısintetik parça ilə örtülüb.

"Volqa" sedanın təchiz edildiyi 2,5-litrlik mühərrikinin gücü 75 at qüvvəsinə artırılmışdı. Güc qurğusu mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Digər yeniliklər arasında teleskopik amortizatorlar və kuzovun rənglənməsində istifadə olunan daha dözümlü emal var.