Dünən Bugatti markası Pebbl-Biçdə tarixi EB 110 SS sportkarının üslubunda dizayna malik olan yeni hiperkarı təqdim edəcəyini təsdiqləyib. Xəbərin üstündən bir gün keçməmiş İnternet məkanında Chiron modelinin bazasında hazırlanmış Bugatti Centodieci (italyancadan tərcümədə «110» deməkdir) adlı hiperkarın təsvirləri peyda olub.

16 avqust tarixində Pebbl-Biçdə debüt edəcək Bugatti Centodieci xırda detallar ilə tarixi modeli xatırladır. EB110 SS modeli ilə bənzərlik kiçildilmiş nalşəkilli radiator barmaqlığının və bamperdəki kəsiklərin forması, həmçinin yan şüşələrdən sonra yerləşdirilmiş beş yumru hava girişləri sayəsində nəzərə çarpır.  Arxa hissədə isə üçölçülü fənərləri və buraxılış sisteminin mərkəzdə cəmlənmiş çıxış borularını görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Centodieci Bugatti Chiron modelinin aqreqatlarında inşa edildiyi üçün texniki cəhətdən donoru ilə elə də fərqlənməməlidir. Şayiələrə görə, yeni hiperkar Bugatti markasının tarixində olan ən güclü avtomobil olacaqdır.