Yeni Haval H6 modeli barədə təfərrüatlar çox azdır, üstəlik, onun interyeri üzərindəki sirr pərdəsi hələ də götürülməyib. Ancaq yeni H6 o qədər də yeni deyil: Haval 2020-ci ildə debüt etmış üçüncü nəsil H6 modelinin planlaşdırılmış restaylinqini həyata keçirib. Hətta zavod nişanlarında və sertifikatlaşdırma sənədlərində göstərilən daxili CC6470 indeksi də saxlanılıb.

Restaylinq o qədər dərin olmasa da, krossoverin görünüşünü daha təmkinli və ənənəvi edib. Məsələn, dizaynerlər demək olar ki, dekorun bütün xrom elementlərindən, eləcə də arxa tərəfdəki bütöv LED zolaqdan imtina ediblər: arxa fənərlər Çindəki dəbə zidd olaraq ayrıca yerləşirlər. Ön fənərlər, radiator barmaqlığı və bamperlər dəyişdirilib, ön tərəfdə isə,gündüz hərəkət işıqlarının iri “dişləri” peyda olub.

Haval H6 krossoverinin baza versiyası 1,5-litrlik GW4B15L “turbodördlüyünü” (177 at qüvvəsi) qoruyub saxlayıb. Lakin böyük 2,0-litrlik GW4N20 turbomühərriki modernləşdirilib - onun gücü 211-dən 231 at qüvvəsinə qədər artırılıb. Krossoverlər yeddi pilləli preselektiv “robot”, ön və ya tam ötürmə (2,0-litrlik mühərriki olan avtomobillər üçün opsiya) ilə təchiz olunmağa davam edəcək. Hibrid versiya daha sonra yenilənəcək.

Image alt Image alt Image alt Image alt

Yenilənmiş Haval H6 krossoveri yaxın aylarda Çin bazarında satışa çıxarılmalıdır. Restaylinqdən əvvəlki krossoverlər burada 116-130 min yuana (16 - 18 min dollar) başa gəlir. Çində hələ də Haval H6 modelinin ikinci nəsli istehsal olunur. Dilerlər belə krossover üçün 99-109 min yuan (13 - 15 min dollar) tələb edirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.