Niderlandda fəaliyyət göstərən Heritage Customs atelyesi arxitektura və tüninqin qovuşmasında (cararchitecture) işləyir, buna görə də, atelyenin bütün layihələri fərdi yanaşma və estetikaya meyillik ilə seçilirlər. Sonuncu nümunə - yeni Land Rover Defender ofrouderinin bazasında inşa edilmiş beş kabrioletdən ibarət olan Valiance Convertible seriyasıdır.

Xüsusi seriyadan olan kabrioletlər yumşaq qatlanan damı, kuzovun xüsusi boyanmasını, Magic Metal dekor elementlərini alacaq və diqqətlə düşünülmüş üç tərtibat mövzusunda təqdim ediləcəklər. Kabrioletlərin qiyməti də səsləndirilib – 138.500 avro.

Image alt Image alt Image alt

Xüsusi seriyadan olan hər bir kabrilet “qısa” Land Rover Defender 90 ofrouderinin bazasında inşa ediləcəkdir. Tərtibat mövzusu, artıq yuxarıda qeyd etdiyimiz kimi, üç mövzudan ibarətdir: Côte d’Azure, Solihull Sand və Kokkini Paralia.

Misal üçün, Côte d’Azure tərtibatı, adından da göründüyü kimi, Azur sahilinin – San Trope, Kann və Monako çimərliklərinin atmosferini əks etdirir.  Ofrouderin əsas atributları kuzovun xüsusi göy rəngindən, konyak rəngli yumşaq damdan, ağ haşiyəli şinləri olan 22-düymlük disklərdən, bamperlərdəki qara rəngli örtmələrdən, idman oturacaqlarından və Magic Metal (Heritage Customs tərəfindən işlənmiş nazik metal qatının səpələnməsi texnologiyası) mis dekorundan ibarətdir.

Image alt Image alt

Solihull Sand versiyası 1948-ci ildə Solihalldakı zavodun konveyerindən çıxmış HUE I66 nömrəsi olan seriyaöncəsi Land Rover modelinə göstərilən ehtiramı nümayiş etdirir. Bu Defender yaşıl rəngə boyanıb, onun salonu isə Nyu Yorkdakı Spinneybeck şirkətinin (dizayner və arxitektorlara məhsul tədarük edir) istehsalı olan dəri ilə üzlənib.

Rock Dust vintaj təkər disklərinin ölçüsü 20-düymdür. Salonu Magic Metal “latunlanmış mis” dekor elementləri bəzəyir, kuzov üçün isə “qrafit” staylinq-dəsti seçilib.

Image alt Image alt Image alt

Nəhayət, Kokkini Paralia versiyası yunan Santorini adasında olan vulkanik qırmızı çimərliyə itihaf olunub. Təəccüblü deyil ki, eyni adlı kabriolet qrafit və “polad” Magic Metal örtmələri ilə uyğunlaşdırılmış qırmızı rəngə boyanıb, qara rəngli yumşaq dama və 22-düymlük Supersonic disklərinə malikdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.