Sabah yenilənmiş BMW 5 Series və 6 Series GT modellərinin təqdimatı keçirilməlidir. Təqdimat haqqında dərc edilmiş mətbuat açıqlamasının yönləndirdiyi xüsusi səhifədə maraqlı bir şəkil aşkar olunub - bu yeni nəsil BMW 4 Series kupesinin tizeridir. Eyni zamanda, modelin təqdimat tarixi də məlum olub - 2 iyun. Müvafiq olaraq, yeni 4 Series kupesini görmək üçün bir həftəmiz var.

İlin sonuna kimi satışa çıxacaq kupe bir müddət bundan öncə yenilənmiş Audi A5 Coupe və Mercedes-Benz C-Class Coupe modelləri ilə rəqabət aparacaqdır.

Xatırladaq ki, bir müddət bundan öncə, alman istehsalçısının mətbuat xidməti yeni nəslin 4 Series kupesinin sınaqların son mərhələsinə qədəm qoyduğunu bildirərək, yeni modelin kamuflyajlı prototipinin şəkillərini dərc edərək, yeni kupe haqqında bəzi təfərrüatları açıqlamışdı