Bu, təqdimatı iyun ayının 1-də keçiriləcək beşinci nəsil Lexus RX krossoverinin ilk tizeridir. Bu elan gözlənilməz olsa da, modelin təkamülü plan üzrə gedir, çünki dördüncü nəsil krossover yeddi ildir ki, satışdadır: hazırkı RX modeli 2015-ci ildə debüt edib və 2019-cu ildə planlaşdırılmış restylinqdən keçib.

Təəssüf ki, gələcək Lexus RX modeli ilə bağlı etibarlı məlumat yoxdur. Şirkət yalnız modelin dizaynının əhəmiyyətli dərəcədə dəyişdiriləcəyini vəd edir və məntiqlə onun GA-K modul platformasında (TNGA arxitekturasının) inşa edəcəyini gözləmək olar.

Modifikasiya çeşidində ilkin benzin versiyasının, hibrid variantın və plagin hibridin (ilk dəfə) olacağı gözlənilir. Üstəlik, 3,5-litrlik V6 atmosfer mühərrikinin əvəzinə kapotun altında 2,4-litrlik “turbodördlük” peyda olacaqdır - belə əvəzləmə artıq Toyota Highlander krossoverində baş verib.

Lakin növbəti nəsildə uzunbazalı Lexus RX L modeli olmayacaqdır: onun yerini üç oturacaq cərgəsi olan ayrıca Lexus TX modeli tutacaqdır. TX modelinin debütü 2023-cü ildə keçirilməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.