Yeni avtomobilləri “ovlamaqla” məşğul olan fotoqraf-casuslar, ilk dəfə olaraq, növbəti nəsil Toyota Camry modelinin şəklini çəkməyi bacarıblar. Ən yeni sedanın güclü kamuflyaja bürünmüş prototipi Miçiqanda (ABŞ) casuslara rast gəlib. Avtomobil ciddi şəkildə maskalansa da, bəzi detallar məlumdur. CarScoops.com nəşrinin insayderləri Toyota Camry sedanının Crown modelindən ilhamlanan dizayna sahib olacağını, yeni nəsil məlumat-əyləncə kompleksinə keçəcəyini və V6 atmosfer mühərrikindən 2,4-litrlik “turbodördlüyün” xeyrinə imtina edəcəyini gözləyirlər.

Toyota Camry özünün tanınan nisbətlərini qoruyacaq, nə güzgülərin bərkitmə nöqtələrində, nə də kuzov çıxışlarında nəzərəçarpacaq dəyişikliklər olmayacaqdır. İlk prototipdə hətta ön və arxa fənərlər də ağıllı şəkildə maskalanıb, təkər diskləri isə cari sedandan götürülüb. Görünən odur ki, yapon konserni heç də tələsmir, çünki bu seqmentdəki rəqabət getdikcə zəifləyir, əsas bazarlarda isə cari Camry modelinə tələbat yüksək olaraq qalır.

Image alt Image alt Image alt

Mənbələr yeni biznes sedanın köndələn yerləşən mühərriki və ön ötürməsi olan TNGA-K modul platformasını saxlayacağını bildirirlər. Çox güman ki, üstünlük hibrid sistemlərə veriləcəkdir. Bununla belə, sırf  elektrik dartması ilə hərəkətə gələcək Toyota Camry modeli hələlik gözlənilmir. Bestsellerin növbəti nəslinin premyerasının vaxtı barədə fikir söyləmək çətindir, lakin amerikalılar təqdimatın cari ilin noyabrda Los-Anceles avtosalonunda baş tutacağını, yeni sedanın satışlarının isə 2024-cü ilin ortalarında başlayacağını istisna etmirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.