Volkswagen şirkəti Çin bazarı üçün hazırladığı Lamando L modelini təqdim edib. Modelin istehsalı SAIC-Volkswagen birgə müəssisəsinə tapşırılıb. Avropalı və amerikalıların görməyəcəyi yeni model çox effektiv alınıb. Əvvələr Lamando sedan kuzovu ilə buraxılırdı və onun ilk nəsli 2014-cü ildə debüt etmişdi. Lamando alman markasının ənənəvi sedanlarına alternativ sayılırdı.

Alçaq kuzov, idman anturajı və alternativsiz turbomühərriklər (GTS versiyasındakı 2.0 TSI aqreqatı da daxil olmaqla) gənc auditoriyanı cəlb etməli idi. İlkin olaraq, ildə 130-140 min avtomobil satmaq mümkün olmuşdu, lakin sonradan tələbat 66 minə qədər azalmışdı.

Yeni Volkswagen Lamando L modeli Çində parlaq imici olan Honda Civic və Integra cütlüyü ilə rəqabət aparmalıdır. İndi Lamando L modeli çərçivəsiz qapıları və qeyri-adi dizaynı olan liftbekdir: yastı buruna, çəp fənərlərə və ön bamper boyu uzanan radiator barmaqlığına bu günə qədər heç bir Volkswagen modelində rast gəlinməyib. Ön və arxa emblemlər qabarit işıqları ilə birlikdə işıqlanırlar.

Lamando L modeli sələfindən dah böyük olub: onun uzunluğu 4784 millimetrə (+ 69 millimetr) çatıb. Yeni liftbekin eni 1831 millimetr, hündürlüyü - 1469 millimetr, təkər bazası isə 2731 millimetrdir. Təkər disklərinin maksimal ölçüsü 18-düymlük ola bilər.

Modelin əsasını MQB Evo modul platforması təşkil edir. Arxada çoxqollu asqı quraşdırılıb. Hələlik Lamando L modelinin 150 at qüvvəli 1.4 TSI aqreqatı və yeddi pilləli DSG “robotu” ilə təchiz edilmiş baza versiyası təqdim olunub. Sonradan daha güclü 2,0-litrlik turbomühərriklər ilə təchiz olunmuş versiyalar da debüt edəcəklər.

Avtomobilin beşyerli salonu da digər müasir MQB modellərində olduğu kimi eyni elementlər dəstindən ibarətdir. Lakin bir istisna var: cihazlar panelinin ekranı günəşliyə malik deyil və vizual olaraq multimedia sisteminin displeyi ilə birləşdirilib. Bu günə qədər Volkswagen belə arxitekturadan qaçırdı, lakin Çin üçün bunu etməli olub. Opsiyalar arasında proyeksiya displeyi, Beats səs sistemi, lyuk, ön oturacaqların elektrik ötürməsi, arxa görüntü kamerası və adaptiv kruiz-kontrol var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çin bazarında Volkswagen Lamando L modeli yazda peyda olacaqdır. Hazırda təqaüdə göndərilən birinci nəsil sedan 24 min dollardan başlayan qiymətlər ilə satılırdı. Çox güman ki, liftbek daha baha olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.