Bu il Audi A4 ailəsini ciddi yenilənmə gözləyir. Artıq yenilənmiş A4 modellərinin sınaq prototipləri dəfələrlə paparazzilərin rastına gəliblər. Bu günlərdə isə, «qaynar» Audi S4 Avant modelinin sınaq prototipi fotoqraflara tuş gəlibdir. İlkin məlumata görə, A4 sedan və universalı mart ayında keçiriləcək Cenevrə avtosalonunda təqdim edilməlidirlər. Bu təqdimatdan bir neçə ay sonra isə, yenilənmiş «qaynar» Audi S4 modeli işıq üzü görəcəkdir.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, Audi S4 də yeni ön fənərlərə və tərtibatı dəyişdirilmiş arxa işıq texnikasına sahib olacaqdır. Bundan başqa, «qaynar» modelin radiator barmaqlığındakı üfüqi zolaqlar şanformalısı ilə əvəzlənibdir. Bamperlərin də dizaynında dəyişikliklər vardır.

Güc aqreqatına gəldikdə isə, hazırda S4 Avant  354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli TFSI mühərriki ilə təchiz edilir. Yenilənmədən sonra bu mühərrikin gücünün 400 at qüvvəsinə qədər artıralacağı gözlənilir.