BMW şirkətinin bayraqdar modeli olan 7-Series sedanını restaylinq ediləcəyi məlumdur: paparazzilər restaqlinq keçmiş avtomobilin Nürburqrinqdəki sınaqları zamanı fotoşəkillərini çəkməyə müvəffəq olublar. Bu günlərdə isə, Instagram sosial şəbəkəsində BMW Welt adlı istifadəçi maraqlı bir şəkil yayıb. Şəkildə yenilənmiş BMW 7-Series sedanın olduğu iddia edilir.

Təsvirdəki sedanın üzəri bağlı olsa da, örtüyün bir hissəsi qaldırılıbdır. Açıq olan hissədə sedanın BMW X7 krossoverinin ön fənərlərinə bənzər işıq texnikasına, iri radiator barmaqlığına və başqa formalı ön bamperə malik olduğu görünür. Əgər göstərilənlər həqiqətdirsə, yaxın günlərdə yenilənmiş sedan Detroytda keçiriləcək avtosalonda debüt edə bilər.