Bu gün, vəd edildiyi kimi, Çinin Çendu şəhərində yenilənmiş Hyundai Verna modelinin təqdimatı keçirilib. Bizim bazarda Verna Hyundai Accent adı ilə tanınır.

Yenilənmiş avtomobil əvvəlkindən daha çıxıntılı ön bamperi, dəyişdirilmiş radiator barmaqlığı və təkmilləşdirilmiş ön işıq texnikası ilə fərqlənir. Arxa hissədə isə, işıqlanan zolaqla birləşdirilmiş arxa fənərləri görmək olar. Yenilənmiş sedan restaylinqdən öncəki variantdan 25 mm uzundur. 4405 mm uzunluğa malik olan modelin təkər bazasının genişliyi dəyişməyib - 2600 mm.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Verna/Accent modelinin interyerində ciddi dəyişiklik baş verməyib. Salondakı dəyişikliklər təkmilləşdirilmiş multimedia sisteminin iri ekranından ibarətdir. Bahalı versiyalar virtual cihazlar paneli, LED işıq texnikası, adaptiv fənərlər, zolağa nəzarət sistemi və toqquşmaları xəbərdar edən sistem ilə təchiz olunacaqdırlar.

Hyundai Verna modeli standart olaraq 100 at qüvvəli 1,4-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Modelin yenilənmədən öncəki versiyası 123 at qüvvəli 1,6-litrlik mühərrik ilə də təklif edilirdi. Yenilənmiş Hyundai Verna modelinin Çindəki satışlarına dördüncü rübdə başlanacaqdır.