İsveç dağ xizəkçisi Yon Olsson özünün qeyri-adi avtomobilləri ilə məşhurdu. Bu dəfə idmançı Mercedes-Benz G500 4×4² modelinin yenilənmiş versiyasını təqdim edib. Xatırladaq ki, bir il bundan öncə Olsson Monakodakı evinin qarajına sığmayan avtomobilin tavanını kəsmək qərarına gəlmişdi. Görülən işlər keçən il tamamlanıb: avtomobil tavandan məhrum olub və alın şüşəsinin qısaldılmış dayaqlarına sahib olub.

İndi isə, 850 at qüvvəli ofrouder parçadan tavanla təchiz edilib, onun kuzovu Olssonun paltar brendinin əsas rəngi olan ağ rəngə boyanıb.