Adamı 1 aprel tarixində markanın baş dizayneri təyin edərsənsə, olacağı budur. Altı ay bundan öncə Rolls-Royce markasının baş stilisti təyin edilmiş Yozef Kaban vəzifəsindən getdiyini bəyan edib. Torsten Müller-Otvos çex mütəxəssisə qısa da olsa göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Kabanın hansı işlə məşğul olacağı naməlumdur. Çox güman ki, dizayner öz studiyasını açmaq fikrindədir. Lakin, Kabanı Çin şirkətlərinin birinə vitse-prezident təyin edildiyini eşitsək, təəccüblənmərik.