2021-ci ildə təqdim edilmiş Zeekr 001 elektrik liftbəki yenilənib və 140 kilovat-saatlıq CATL Qilin batareyası ilə təchiz olunmuş uzunmənzilli versiyanı alıb. Belə elektromobil iki elektrik mühərriki ilə təchiz edilir. Arxa mühərrik silikon karbid çeviricisi ilə təchiz edilir ki, bu da yürüş ehtiyatını 38 kilometrə qədər artırmağa imkan verir. İkimühərrikli sistemin ümumi gücü 400 kilovat (544 at qüvvəsi), səmərəliliyi isə 97,86 faiz təşkil edir. Çin CLTC dövrünə əsasən liftbək 1032 kilometr məsafə qət edir.

Zeekr 001 liftbəkinin top versiyasının 100 km/saata sürətlənməsi 3,8 saniyə çəkir. Elektromobil klirensin avtomatik tənzimlənməsi funksiyası olan pnevmatik asqı, dəyişən nisbətli sükan mexanizmi və dTCS trəkşn-kontrolu ilə təchiz olunub. Sonuncu adi TCS sistemlərindən on dəfə sürətlidir. Zeekr modelinin  şassisinin tənizmlənməsində “Britaniya yarış komandasının” və Avropa R&D mərkəzinin mühəndislərinin iştirak  etdiyi bildirilir.

Liftbəkin multimedia sistemi səkkiznüvəli Snapdragon 8155 çipinə malik olan Qualcomm aparat platformasında işləyir.Mərkəzi displeyin diaqonalı 15,4 düym, cihazlar panelinin isə 8,8 düymdür. Zeekr 001 modelinin arxa sərnişinləri üçün 5,7-düymlük ekran nəzərdə tutulub. Bundan başqa, aviasiya tipli 14,7-düymlük proyeksiya ekranı da nəzərdə tutulub. Modelin təchizatına həmçinin elektroxrom şüşədən hazırlanmış panoram dam, Eva səs köməkçisi, üçzonalı klimat-kontrol, aromatizasiya sistemi, dinamik fon işıqlandırması, habelə 11 dinamiki və sabvuferi olan Yamaha səs sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Zeerk 001 liftbəkinin qiyməti 300 min yuandan (74,3 min manat) başlayır. Bu məbləğə bir elektrik mühərriki və 100 kilovat-saatlıq batareya və ya iki elektrik mühərriki və 86 kilovat-saatlıq batareya ilə təchiz olunan avtomobili təklif edirlər. Uzunmənzilli elektromobilin qiyməti hələlik açıqlanmayıb, lakin onun kiçik partiya ilə - cəmi min ədəd buraxılacağı məlumdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.