Danimarkanın Zenvo firması TSR hiperkarının məhdud sayda buraxılacaq TSR-GT adlı versiyasını təqdim edib. Kupe aerodinamika naminə dəyişdirilmiş dizayna və iki mexaniki kompressoru olan daha güclü V8 mühərrikini alıb. Qurğu E85 qarışığı ilə işləyir və 1379 at qüvvəsi təklif edir. Yeniliyin maksimal sürəti 424 km/saat həddində məhdudlaşdırılıb. Bu, TSR-S trek superkarının maksimal sürət həddindən 99 km/saat çoxdur.

Trek yönümlü Zenvo TSR-S modelindən fərqli olaraq, TSR-GT yüksək sürətlə hərəkət və maksimal sürət üçün sazlanıb. Uzadılmış spoyler və aerodinamik təkər qapaqları sayəsində hiperkar 424 km/saata qədər sürətlənə bilir. Müqayisə üçün: TSR-S modelinin məhdudlaşdırıcısı 325 km/saat həddində işə düşür. Ümumilikdə, üç ədəd Zenvo TSR-GT modeli inşa ediləcəkdir. Bütün nüsxələr artıq öz sahiblərini tapıblar.

TSR-GT modeli iki mexaniki kompressoru və yastı dirsəkli valı olan 5,8-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Əslində, bu mühərrik TSR-S modelindəki ilə eynidir, lakin hasilatı artıran yeni TS Power Pack paketi ilə təchiz edilib. E85 bioetanol qarışığında aqreqat 1379 at qüvvəsi (1193 at qüvvəsi idi) hasil edir. Güc aqreqatı  çəpdişli dişli çarxı  və uzadılmış baş ötürməsi olan yeddi pilləli dirsəkli transmissiya ilə tandemdə çalışır.

Superkarın adındakı GT prefiksi də təsadüfi deyil, çünki TSR-GT modelinin salonu TSR-S superkarındakı kimi spartan deyil. Ən azı istehsalçı alkantara əvəzinə həqiqi dərini, daha az “çılpaq” karbonu vəd edir. Dəri ilə haşiyələnmiş məxmər ayaqaltılar səs-küy səviyyəsinin azaldılmasına xidmət etməlidirlər.

2023-cü ildə Zenvo firması tamamilə yeni modeli təqdim etməyi planlaşdırılır. Yenilik karbonplastikdən hazırlanmış yeni şassiyə, transmissiyaya, elektrik ötürməsinə və modul konstruksiyalı V12 mühərrikinə malik olacaqdır. Bütün bunlar firmanın mütəxəssisləri tərəfindən layihələndiriləcəklər. Mühərrik iki elektrik turbokompressoru alacaq və hibrid üsturumu olmadan 1200 at qüvvəsi hasil edəcəkdir. Hibrid qurğunun ümumi hasilat 1500-1800 at qüvvəsi olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.