Nissan şirkəti ASEAN bazarı üçün nəzərdə tutulmuş Almera modelinin yeni nəslini Tailandda təqdim edib. Almera modelinin əkiz qardaşı olan Versa modeli bu ilin yazında ABŞ-da debüt edib. Adları ilə yanaşı, iki avtomobilin mühərrik çeşidi də fərqlidir. Nissan Versa atmosfer mühərriki ilə təklif edilsə də, Almera yalnız turbomühərrik ilə təchiz olunur.

Nissan Almera modelinin üçsilindrli turbomühərriki 100 at qüvvəsi və 152 Nm fırlanma anı hasil edir. Güc aqreqatı D-Step Logic funksiyasına malik olan Xtronic variatoru ilə tandemdə çalışır. Sedanının nəyan edilmiş yanacaq sərfiyyatı 100 kilometrə 4,3 litr (NEDC) təşkil edir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Almera modelinin interyeri Versa və Kicks modelləri ilə unifikasiya edilib. Sedan 7-düymlük displeyə malik olan yarırəqəmsal cihazlar paneli ilə təklif edilir. Mərkəzi konsolda isə multimedia sisteminin 8-düymlük displeyi yerləşir. Sistem Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyir. Bundan başqa, sedanı hərəkət edən obyektlərə nəzarət edən dairəvi görüntü sistemi, LED duman əleyhinə işıqlar və arxa hissədəki köndələn trafik barədə xəbərdarlıq edən funksiya ilə də təchiz etmək olar.

Tailandda Nissan Almera yeni nəsli 499 min bata (28 min manat) satılır. Modelin ən bahalı versiyası 639 min bata (35,8 min manat) başa gələcəkdir.