Yanvarın əvvəlində Las Veqasda keçirilən CES-2023 istehlakçı elektronikası sərgisində yeni Peugeot Inception konsepti debüt edib. Fransız istehsalçısı bu konsepti gələcəkdə istehsal ediləcək seriya elektromobillərinin carçısı olduğunu bildirib. Konseptin məhz Las Veqasda debüt etməsi bir çoxlarının təəccübünə səbəb olub - artıq 30 ildir ki, fransız markası ABŞ bazarında rəsmi olaraq fəaliyyət göstərmir. Çox güman ki, Stellantis konserninin bir hissəsi olan Peugeot şirkəti bu yolla yerili alıcı kütləsinin reaksiyasını öyrənmək qərarına gəlib.

Hələlik Peugeot şirkəti Inception modelinin yeganə tizerini paylaşıb. Lakin bu tizerdə konseptin yalnız adı təsvir olunub. Çox güman ki, Inception konsepti, fransız brendinin daha sonra seriya avtomobillərdə tətbiq edəcəyi ən son nailiyyətlərini, texnologiyalarını və dizayn həllərini nümayiş etdirəcəkdir.

Hələlik, Inception konseptinin qeyri-adi görünüşünə malik olacağına yalnız eyham var var - Peugeot şirkətindən bildirildiyinə görə, konsept “avtomobil sənayesi tərəfindən toplanış təcrübəni alt-üst etməlidir”. İnteryer dizaynı sahəsindəki firma həlli olan i-Cockpit sisteminin yeni versiyası da vəd edilir.

Peugeot şirkətinin baş direktoru Linda Ceksonun sözlərinə görə, 2023-cü il şirkət üçün “elektrikləşdirmə ili” olacaqdır. Artıq 2024-cü ildə bütün mövcud olan modellərin elektrikləşdirilmiş versiyaları təklif ediləcəkdir. Onların arasında “yaşıl” e-208 GT və e-308, e-308 SW universalı, həmçinin 3008, 5008 və 408 hibridləri olacaqdır. Peugeot Inception konseptinin təqdimatı Avropa vaxtı ilə yanvarın 6-da səhər saatlarında baş tutmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.