Əvvəllər Volvo şirkətinin tərkibinə daxil olan Polestar markası 1 indeksli hibrid kupesinin sınaqlarını davam etdirir. Artıq müstəqil istehsalçıya çevrilən Polestar sınaqları Hällered Proving Ground poliqonunda həyata keçirir.

İsveçlilərin Electric Performance Hybrid GT adlandırdığı modelin yen sınaq fazası onun hərəkət xarakteristikalarını qiymətləndirməyi nəzərdə tutur. Bu mərhələdə mühəndislər sükan sisteminin və dartma vektoruna nəzarət sisteminin proqram təminatının final tənzimləmələrini aparırlar. Hazırda Polestar 1 kupesinin Hällered Proving Ground poliqonunda sınaqları davam edir. Sınaqlar yaş zəmində də həyata keçirilir: avtomobil yaş asfaltda 220 km/saat həddinə qədər sürətlənir.

İstehsalçının seriya istehsalına doğru atacağı növbəti addım final seriyasından olan prototiplərin yığılması olacaqdır. Bundan sonra avtomobillərin əmtəə versiyalarının yığımına başlanacaqdır. Avtomobilləri isveç markasının Çendudakı zavodunda istehsal edəcəkdirlər. Hibrid kupenin satışlarına 2019-cu ilin ikinci yarısında start veriləcəkdir. Kupenin satış qiyməti 155 min avrodan başlayacaqdır.