Porsche şirkətinin Exclusive Manufaktur və Style Porsche bölümləri yeni nəsil 911 sportkarları üçün nəzərdə tutulmuş opsional Heritage Design Package dəstinin hazırlayıb. Bu dəst, əski zamanlar üçün nostaljik hisslər keçirən sportkar sahiblərinə ünvanlanıb.

Bu bölmələr Heritage Design Strategy proqramı çərçivəsində müasir avtomobillər üçün qeyri-adi opsiyalar hazırlamaqla məşğuldular.  Hazırda Heritage Design Package dəsti yalnız yeni Porsche 911 Speedster modeli üçün əlçatandır. Sonradan, belə dəstləri son nəsil Porsche 911 modeli üçün də təklif edəcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Heritage Design Package firma dəstinin tərkibinə kuzovun xüsusi boya variantları, eksklyuziv tərtibat materialları və naxışlar daxildir. Bütün bu elementlər tarixi Porsche sportkarlarının motivlərinə uyğun hazırlanıblar.  

Bundan başqa, Porsche Design bölümünün mütəxəssisləri öz kolleksiyasını tematik əşyalarla zənginləşdirmək istəyənlər üçün retro-üslubda olan xüsusi aksessuarlar xəttini yaradacaqdırlar.