Vintaj «geyimə» sahib olmuş sportkarın ilk təsvirini Marc Phillipp Gemballa GmbH adlı tüninq atelyesi dərc edib. Bu ad sizə çox sadə bir səbəbə görə tanış gələ bilər: Mark –vaxitlə düşünmədən yaratdığı atelyeyə öz adını vermiş məşhur tüninq ustası Uve Gemballanın oğludur. Mark da atasının yolunu davam etdirərək, yaratdığı firmaya öz adını verib.

Gənc intriqa ustası gözlənildiyi kimi, təfərrüatlara varmadan yeganə tizerin dərci ilə kifayətlənib. Təsvirdə «genişfüzelyajlı» kuzov, klassik formalı spoyler (klassik Porsche 959 modelində tətbiq olunana bənzəyən) və arxa hissə boyu uzanan LED zolaq diqqəti çəkir. Başqa təfərrüatlar məlum deyillər.

Ən maraqlısı odur ki, bu təfərrüatlar minimum ilin sonuna qədər açılanmayacaqdırlar. Mark Gemballa layihə haqqında ətraflı məlumatı yalnız ilin sonunda açıqlayacaqdır. Lakin, potensial müştərilərə avtomobili İsveçdə keçiriləcək xüsusi tədbirdə nümayiş etdirəcəklər. Artıq məlumdur ki, avtomobillərin sayı elə də çox olmayacaqdır: tüner tamamilə karbondan hazırlanmış kuzova malik olan «yeni 959» modelini 40 nüsxəlik tirajla buraxmağı planlaşdırır.

Qeyd etmək gərəkdir ki, «vintaj» sportkarın dizaynı üzərində Studiokubos studiyasının mütəxəssisi Alan Derozye işləyib. Sonuncu Chery və Renault şirkətlərindəki işləri ilə və Porsche 908/04 konseptinin müəllifi kimi tanınır. Porsche 908/40 layihəsi alman markasının rəhbərliyinin o qədər xoşuna gəlmişdi ki, Zuffenhauzendə bu barədə sənədli film də çəkiblər.